Şənbə , Aprel 27 2024
Ana səhifə / Əfsanəvi “Bakı Payızı” qayıdır

Əfsanəvi “Bakı Payızı” qayıdır

Əfsanəvi “Bakı Payızı” yarışması yenidən yaradılır.

Aygün Kazımova, Faiq Ağayev, Abbas-Əhməd, Zaur Əmirxanov və bir çox başqaları bu yarışmada iştirak ediblər. Hazırda isə müsabiqə beynəlxalq formatda, yeni qaydalarla və kateqoriyalarla, eləcə də müxtəlif yaş qruplarında təqdim ediləcək.

Yarışın əsas təşkilatçısı, Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov bildirib: “Əlbəttə “Bakı Payızı” yarışması öz tarixi olan müsabiqədir. Belə bir yarış sadəcə yerli ola bilməz. Buna görə də, onun yeni formatı beynəlxalq olacaq, müsabiqənin pilot versiyasınada artıq digər ölkələrin müraciətləri qəbul edilir. Bundan əlavə biz yeni nominasiyalar, yaş kateqoriyaları, yeni nizam-intizam qaydaları əlavə etmişik. Bu layihə son olaraq 13 il əvvəl Yalçın Cabbarov tərəfindən keçirilmişdi, ifaçılardan başqa modelyer və dizaynerlər müsabiqəsi olmuşdu. O yarışmada modelyerlər arasında gənc və istedadlı Gülnarə Xəlilova qalib gəlmişdi. Bu gün o, ölkəmizdə öz sahəsində liderlərdən biridir. Bu il biz layihənin pilot versiyasını final konserti kimi keçiririk, lakin 2017-ci ilin fevral ayından başlayaraq regionlarda və paytaxtda seçim turları olacaq. Bundan başqa, “Bakı Payızı” elə bir yarışmadır ki, sadəcə dostların, qohumların, valideynlərin və.s tanışların səs verməsindən aslı ola bilməz. Burada ancaq mütəxəssislər mühakimə etməlidir. Yəqin ki, elə buna görə də layihə ölkəmizə 15-20 əməkdar, xalq artistləri bəxş edib. Müsabiqənin digər yarışmalardan fərqi bundadır”. (AzNews.az)

Həmçinin oxuyun

Rusiyadan Azərbaycana kəsim üçün gətirilən əti monopoliyada saxlayan kimlərdi?..-Video

Azinforum.az Rusiyadan kəsim üçün Azərbaycana gətirilən ətin monopoliyasına nəzarət edən şəbəkə ilə bağlı maraqlı araşdırma …

Bir cavab yazın