Ana səhifə / Araşdırma / Bakıda keçmiş polis buz bağlamış eyvandan yıxıldı

Bakıda keçmiş polis buz bağlamış eyvandan yıxıldı

Bakıda keçmiş polis əməkdaşı eyvandan sürüşərək yıxılıb.

“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Tural Qasımov sərxoş vəziyyətdə eyvana çıxıb. Eyvanın döşəməsi buz bağladığından o, sürüşüb və binanın ikinci mərtəbəsindən yerə yıxılıb.

T.Qasımov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, T.Qasımov əvvəllər Sabunçu Rayon Polis İdarəsində polis serjantı vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın