Ana səhifə / Siyasət / “Xəstələri sağın” deyən baş həkimi işdən qovdular

“Xəstələri sağın” deyən baş həkimi işdən qovdular

Qazaxıstanın səhiyyə nazirliyi sosial şəbəkələrdə yayılan qalmaqallı video ilə bağlı açıqlama verəcəyini vəd edib.

Videoda bir nəfər, ağ xalatlı həkimlərə daha çox xəstə və qazanc əldə etməyin yolunu öyrədir.

NUR.KZ saytının məlumatına görə, bu görüntünü Sanjar Bokayev adlı bir nəfər özünün “Feysbuk” səhifəsində yayıb.

Bokayevin sözlərinə görə, bu video Qazaxıstandakı tibbi mərkəzlərindən birində keçirilən geniş toplantıdan çəkilib.

Həmin iclasdapula görə “Krutit bolnıx” kəlməsini işləndən şəxs isə həmin mərkəzin baş həkimidir.

O,həkimləri daha çox pul əldə etmək üçün xəstələri “fırlatmağa”, yəni xəstəni əldə saxlamaq üçün onları aldatmağa, dolandırmağa çağırır.

(Belə halda məsələn həkim xəstəyə yalan diaqnoz qoyub onu uzun-uzadı müalicə edə və ya onda güya nəsə başqa bir şey tapıb daha bahalı mütəxəssislərin yanına göndərə bilər)

Çıxış edən şəx həkimləri, xəstələrə çoxlu analiz və prosedurlar təyin etməyə çağırır.

“Bütün müayinə və müalicə üsullarından istifadə edin. Laboratoriyalar, UZİ, fizioteropia avadanlıqları və s” baş həkim bildirir.

Bu video bir çox istifadəçiləri şoka salıb. Onlar bu tibbi mərkəzin adını açıqlamağa və klinikanı baykot etməyə çağırıblar.

“Mən heç Hippokrat andından danışmıram, artıq o çox aza adamın yadındadır. Amma sadəcə insan olmaq lazımdır.Onsuz da ağır xəstəliklərdən əziyyət çəkən insanları necə soymaq olar ?” Bokayev yazır.

Bokayev bu videonun ona “Vatsap”la göndərildiyini deyir.

Son məlumata görə, həmin sözləri işlədən Anuar Amanov bu videodan sonra 7 saylı Almatı şəhər klinikasının baş həkimliyindən azad edilib.

AzadlqRadiosu Qazaxıstan xidmətinin məlumatına görə, Anuar Amanov bu sözləri 2015-ci ildə 4 saylı şəhər xəstəxanasının rəhbəri olarkən deyibmiş.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın