Bazar ertəsi , May 6 2024
Ana səhifə / İqtisadiyyat / Fransa XİN: ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi təklifi təxribatdır

Fransa XİN: ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi təklifi təxribatdır

Fransanın xarici işlər naziri Jan-Mark Eyro bildirib ki, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Amerikanın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsinə dair təklifi ciddi fəsadlar törədə biləcək təxribatdır.

“Report” xəbər verir ki, bu barədə Fransa televiziyasına istinadən “Reuters” məlumat yayıb.
“Əlbəttə (bu təxribatdır). Düşünürəm ki, o bunu edə bilməyəcək”, – deyə XİN rəhbəri “France-3” telekanalının efirində bildirib.

Nazir bunun “son dərəcə ciddi fəsadlara” gətirib çıxaracağına əminliyini ifadə edib.
Eyro qeyd edib ki, Amerika səfirliyinin Qüdsə köçürülməsi planı dəfələrlə ABŞ prezidentlərinin gündəliyində durub, lakin onlardan heç biri “belə bir qərar qəbul etməyi özünə rəva bilməyib”.

Həmçinin oxuyun

İlin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis …

Bir cavab yazın