Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Boksçu hakimi nokauta saldı – VİDEO

Boksçu hakimi nokauta saldı – VİDEO

Badu Cek təsadüfən hakim Artur Merkanta zərbə endirib

Ümumdünya Boks Şurasının (WBC) ikinci orta çəkili versiyası üzrə dünya çempionu, isveçli Badu Cek britaniyalı Ceyms Diqeyllə döyüş zamanı təsadüfən hakim Artur Merkantı vurub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, idmançı bu zərbəni rəqibinə endirməyi nəzərdə tutub. Amma Cek yanılıb və hakim Merkanta zərbə endirib.

Hakim bu zərbədən tarazlığı itirib və yıxılmağa başlayıb. Lakin boksçu onu tutub.

Təkbətək döyüş Nyu-Yorkda, bazar günü gecə keçirilib. Döyüş heç-heçə qurtarıb.

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın