Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Tramp kürəkənini baş məsləhətçi təyin edir – Amerika daha bir sürprizlə üz-üzə…

Tramp kürəkənini baş məsləhətçi təyin edir – Amerika daha bir sürprizlə üz-üzə…

Moderator.az CNBC – yə istinadən xəbər verir ki, Donald Tramp öz kürəkəni Cared Kuşneri prezidentin baş məsləhətçisi vəzifəsinə təyin etməyi qərara alıb.
Kuşner İvanka Trampın həyat yoldaşıdır, prezident seçkilərində Trampın yaxın inanılmış şəxsi  olub. Hələ ki, bir məsələ sona qədər aydınlaşmayıb ki, anti-qohumluq haqqında qanuna görə prezident qohumlarını öz komandasına işə qəbul edə bilməz. Kuşnerin vəkili isə bəyan edib ki, bu qanun Ağ Evə şamil olunmur. Bununla yanaşı ABŞ hökümətinin etika üzrə idarəsi administrasiyaya əsas vəzifələrə Tramp tərəfindən irəli sürülən  namizədlərdən narahatlıqlarını ifadə ediblər.
Trampın seçkisi də, seçkidən sonrakı dövr də kifayət dərəcədə qalmaqallı keçdi və dünyanın adət etdiyi Amerika ənənələrinin pozulması halları  nə dünyaya, nə də ABŞ-a heç də yaxşı vədlər vermir. İnaqurasiyaya 10 gün qalalı, bu təntənəyədək yeni sürprizlərin olacağı da real görünür.

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …

Bir cavab yazın