Ana səhifə / Köşə Yazarları / ATV-yə cavab: Qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna girmək…

ATV-yə cavab: Qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna girmək…

Xəbər verdiyimiz kimi, ATV kanalının “Yoxlama” verilişinin kollektivi Xətai rayonu, Z.Məmmədov adına 171 nömrəli məktəbdə olub. Məktəb rəhbərliyi telekanal əməkdaşlarını kollektivə və şagirdlərə qarşı kobudluq etdiyi bildirsə də, ATV sözügedən ittihamlarla razılaşmayıb. Kanal yaydığı bəyanatda iddiaların əsassız və yersiz olduğunu bildirib:
“Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi”.
171 saylı məktəbdən ATV-yə cavab da gecikməyib.
Moderator.az-ın xəbərinə görə, “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, “Yoxlama” verilişinin aparıcısı Azər öz nöqsanlarını “Bizim məqsədimiz yalnız və yalnız övladlarının sağlam və gigiyenik qidalanmasını arzulayan valideynlərin müraciətlərinə əsasən sadə yoxlama aparmaq idi” pafoslu ifadə ilə pərdələmək istəyir:
“Təbii sual meydana çıxır ki, bunun üçün məktəbin qapıçısını itələyib məktəbə daxil olmaq, icazəsiz siniflərdə tədris prosesini kobudcasına pozaraq çəkilişlər aparmaq, məktəb rəhbərliyinə qarşı saymamazlıq etmək, müəllimlərə və məktəbin texniki işçilərinə qarşı kobudluqlar etmək, onları ələ salma tipli suallar vermək, qeyri-etik ifadələrlərlə onların hissiyyatına toxunmaq, heç bir xəbərdarlıq etmədən gənc oğlanlar qız şagirdlər üçün nəzərdə tutulan ayaqyoluna daxil olaraq və məktəbin şagirdlərinə qarşı xəsarət yetirmək lazım idimi, məqsədlərinə uyğun çəkiliş aparsınlar?
Aparıcı Azərin əlində artıq çap olunmuş otuza yaxın meyar üzrə, o cümlədən müəllimlərin makiyajını, geyimini, xarici görkəminin və s. meyarlar üzrə yoxlanmasını nəzərdə tutulan hazır siyahı var idi. Təbii sual yaranır ki, bu meyarlar üzrə məktəblərin yoxlanması səlahiyyətini ona kim vermiş və onun bu kompitensiyaların yoxlanması üçün bilik, bacarıq və təhsili varmı? “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun bu səlahiyyətləri Azərə və onun komandasına veribmi? Məktəblərin otuzdan artıq meyar üzrə yoxlanması nə vaxtdan və kim tərəfindən “Yoxlama” verilişinin səlahiyyətinə verilib? Xahiş edirəm, Azər və onun komandası qoyulan bu suallara cavab versin. Bu çəkilişi daha mədəni, daha səviyyəli, daha sivil formada, KİV təmsilçilərinin şərəfli adına ləkə gətirən qeyd olunan bu cür neqativ hərəkətlərin yol vermədən etmək olmazdımı? Onda məktəb rəhbərliyi olaraq bu çəkiliş üçün lazımi şərait yaradılacaqdı.
Yekunda bildirək ki, heç kimə sirr deyildir ki, məktəblərin müxtəlif meyarlar üzrə yoxlanması müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətindədir”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın