Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / “Azərbaycan ABŞ-a silah satır” – Nazir

“Azərbaycan ABŞ-a silah satır” – Nazir

“Hazırda Müdafiə Sənayesi Nazirliyinin tərkibində hərbi zavodlar fəaliyyət göstərir. Bu zavodlarda bu günə qədər 1160 adda hərbi təyinatlı məhsul istehsal olunub”.
Bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib.

Nazir qeyd edib ki, Müdafiə Sənayesi nazirliyi bir çox ölkələrə hərbi təyinatlı məhsullar satır. Bu ölkələr sırasında ABŞ, Cənubi Koreya və Afrika ölkələri var:

“Bu da onu göstərir ki, Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məhsullar ən yüksək standartlara cavab verir”.

Y.Camalov həmçinin bildirib ki, hərbi təyinatlı məhsulların satışı ilə bağlı ümumi dəyəri 110 milyon dollar olan müqavilələr imzalanıb, bu müqavilələrin 61 milyon dollar dəyərində olan qismi icra olunmaqdadır.(apa)

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın