Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / “Atəşkəsin pozulması halları artıb”- Zakir Həsənov

“Atəşkəsin pozulması halları artıb”- Zakir Həsənov

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan ABŞ-ın Nəqliyyat komandanı general Darren MakDyunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Müdafiə naziri qonaqları salamlayaraq regiondakı hərbi-siyasi vəziyyət, Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, son zamanlar cəbhə bölgəsində baş verən atəşkəs rejiminin pozulması hallarının artması və bu təxribatların erməni silahlı bölmələri tərəfindən törədilməsi barədə onlara ətraflı məlumat verib.

Bölgədə nüvə təhlükəsizliyinin gücləndirilməsi məsələsinə də toxunan general-polkovnik Z.Həsənov vurğulayıb ki, bu, təkcə region üçün deyil, həm də dünya üçün ciddi bir problemdir.

Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələrdən danışan general-polkovnik Z.Həsənov qarşılıqlı əlaqələrin genişlənməsindən məmnunluğunu ifadə edib.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə verdiyi töhfəyə görə minnətdarlığını bildirən ABŞ-ın Nəqliyyat komandanı da ölkələrimiz arasında səmərəli hərbi əməkdaşlığı yüksək qiymətləndirib. Tərəflər ikitərəfli əməkdaşlığa dair bir sıra digər məsələləri də müzakirə ediblər.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın