Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Vidadi Bərdəlinin qətldə təqsirləndirilən oğluna hökm oxundu

Vidadi Bərdəlinin qətldə təqsirləndirilən oğluna hökm oxundu

Qətldə təqsirləndirən mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan dünyaya gəlmiş oğlu, 26 yaşlı Tural Allahverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər Kollegiyasının hökmünə əsasən, Tural Allahverdiyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan dünyaya gəlmiş oğlu, 26 yaşlı Tural Allahverdiyev 24 yaşlı Məkan Rüstəmovu 85 manat pula görə qətlə yetirib.

Bəlli olub ki, müğənninin oğlu Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsində işləyib və məişət tullantılarının toplanması ilə məşğul olurmuş. O, tullantılar arasından topladığı butulka və əlvan metalları M.Rüstəmova satırmış. Beləliklə, M.Rüstəmovun T.Allahverdiyevə borcu yaranıb.

Dünən T.Allahverdiyevlə M.Rüstəmov arasındakı münaqişə də məhz həmin alverdən yaranmış 85 manat borc üstündə baş verib. Əvvəllər xuliqanlıq etdiyinə görə məhkumluq həyatı yaşamış 26 yaşlı Tural bıçaqla M.Rüstəmova 3 zərbə endirərək onu öldürüb.

O, Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.(Lent.az)

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın