Bazar ertəsi , May 6 2024
Ana səhifə / Kriminal / ADIF: Sərbəst vəsaitlər əmanətlərin kompensasiyası üçün kifayət etmir

ADIF: Sərbəst vəsaitlər əmanətlərin kompensasiyası üçün kifayət etmir

Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) sərbəst vəsaitlərin ümumi həcmi 27 milyon manat təşkil edir və bu ləğv edilmiş Bank Standard əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün kifayət etmir.

Bunu ADIF-in icraçı direktoru Azad Cavadov Trend-ə bildirib.

“Bankda əmanətlərin həcmi 520 milyon manat təşkil edir, 460 milyon manat həcmində əmanət sığortalanıb.

Onun sözlərinə görə, fond Azərbaycan Mərkəzi bankına kredit üçün müraciət etməyi planlaşdırır, lakin dəqiq məbləğ hələ məlum deyil:”Bir neçə gün ərzində lazımi məbləği kreditin müəyyənləşdirəcəyik.”

Bank Standard 1995-ci ildə yaradılıb.

Həmçinin oxuyun

Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video

Abşeron rayonunun Saray qəsəbəsindəki gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu …

Bir cavab yazın