Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Evləri qeydiyyatsız olanlara – Şad xəbər

Evləri qeydiyyatsız olanlara – Şad xəbər

Hündürlüyü 12 metrədək olan yaşayış evləri dövlət qeydiyyatına alınacaq.

Artıq sadəcə torpaq üzərində mülkiyyət hüququ olanlardan orada tikdirdikləri evi asanlıqla sənədləşdirə biləcəklər. Bununla bağlı Milli Məclisdə komitə səviyyəsində qanuna müvafiq dəyişikliklər qəbul edilib. Amma bir sıra istisnalar da var.

Sənədsiz tikililərin qeydiyyatı ilə bağlı mühüm qərar qəbul edilə bilər.

Daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna dəyişikliklər təklif edilir. Parlamentin İqtisadi Siyasət sənaye və sahibkarlıq komitəsi tərəfindən irəli sürülən yenilik tikililərin sənədləşməsi ilə bağlı çətinliklərə son qoya bilər

Müşahidələr göstərir ki, paytaxt Bakıda, xüsusilə ətraf qəsəbə və kəndlərdə torpağa dair mülkiyyət sənədləri olan, amma evə dair sənədləri qaydasında olmayan xeyli ev var. Təklifin verilməsində də məqsəd evlərin qeydiyyat prosedurunu daha da sadələşdirməkdir.

Bu zaman sual yaranır ki, bu qayda niyə məhz 2013-cü ildə qədər inşa edilmiş tikililərə aiddir və nə üçün yalnız 12 metr hündürlüyü olan evlərə şamil edilir?

Bununla bağlı videomateralı təqdim edirik:

Xəbər 594 dəfə oxunub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın