Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Siyasət / Fazil Məmmədovun səhhətindən xəbər var: “Hazırda işdədir”

Fazil Məmmədovun səhhətindən xəbər var: “Hazırda işdədir”

Konstitusiya ediləcək dəyişiklərlə əlaqədar keçirilən referendumda bir sıra dövlət nümayəndələri, nazirlər səs verməyə gəlsə də, vergilər naziri Fazil Məmmədov səhhətində yaranmış problemlə əlaqədar səsvermə məntəqəsinə gedə bilməyib.
Nəticədə 29 saylı Səbayil seçki dairəsinin 15 saylı məntəqəsindən F.Məmmədova bülleten və səsvermə qutusu göndərilib.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən bildirilib ki, nazirin səhhəti qaydasındadır. Məlumatda qeyd edilib ki, nazir Fazil Məmmədov hazırda işdədir.
Nazirin səhhətində yaranmış problemlə bağlı isə şöbədən heç bir məlumat verilmədi.

Həmçinin oxuyun

Paşinyan Azərbaycana GƏLƏCƏK?

Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla …

Bir cavab yazın