Çərşənbə , May 15 2024
Ana səhifə / Bölgələr / İsmayıllının turizm üçün əlverişli kəndidə bərbad vəziyyət olan yol sakinləri təngə gətirib – VİDEO

İsmayıllının turizm üçün əlverişli kəndidə bərbad vəziyyət olan yol sakinləri təngə gətirib – VİDEO

İsmayılının Qaraqaya kəndinin yollarındakı su və palçığa görə, məktəblilər dərsə, valideynlər isə iş dalınca gedib-gəlməkdə çətinlik çəkirlər.

Sakinlər bildiriblər ki, kəndin yolları bərbad vəziyyətdə olduğu üçün avtomobillər tez-tez sıradan çıxırlar.

Avtomobillərlə yanaşı piyadaların hərəkəti də çətinləşir. Məktəbə gedən şagirdlər və müəllimlər xüsusən də yağışlı havada əziyyət çəkirlər.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, kəndin yollarının əsaslı təmiri nəzərdə tutulub.

Onu da qeyd edək ki, Qaraqaya kəndi İsmayıllı rayonunun səfalı və turizm üçün əlverişli kəndlərindən biridir.

Ətraflı süjetdə:

Həmçinin oxuyun

Yağış 6 il əvvəl 17 milyona tikilən yolu yararsız hala saldı – Fotolar

Lahıc-Dəmirçi avtomobil yolu güclü yağış nəticəsində yararsız vəziyyətə düşüb.Bir neçə gündür yağan yağışlar nəticəsində yolun …