Çərşənbə axşamı , May 21 2024
Ana səhifə / Kriminal / Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub – VİDEO

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub – VİDEO

Abşeron rayonunun Xırdalan şəhəri, Nəsibə Zeynalova küçəsində qətl hadisəsi baş verib.

48 yaşlı Sevinc Əhmədağayevanın 50 yaşlı həyat yoldaşı Laçın Əhmədağayev tərəfindən öldürüldüyü bildirilib.

Mərhumun qonşusunun sözlərinə görə, cütlük arasında indiyədək heç bir söz-söhbət olmayıb:

“Laçının arvadını qətlə yetirməsini eşidəndə şoka düşdüm. Beş ilə yaxındır burada olurlar, heç vaxt mübahisə etdiklərini görməmişəm. Çox sakit gəlin idi. Yoldaşı da pis deyildi. Qızlarının üç yaşı olacaq. Belə dedilər ki, başı kəsilib”.

Qeyd edək ki, faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Laçın Əhmədağayev şübhəli şəxs qismində tutulub.

Ətraflı Baku TV-nin süjetində:

Həmçinin oxuyun

Fazil Mustafanın güllələnməsindən sonra həbs edilən qonşusu bəraət aldı

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsinin sakini Yunis Quliyev bir il – 2023-cü ilin martından bu …