Çərşənbə , May 15 2024
Ana səhifə / Cəmiyyət / Əməkdar artist dayanacaqlardan şikayət etdi: “Maaşımızın yarısı gedir” – VİDEO

Əməkdar artist dayanacaqlardan şikayət etdi: “Maaşımızın yarısı gedir” – VİDEO

Əməkdar artist Əkbər Əlizadə dayanacaqlardan şikayət edib.

Belə ki, aktyor bu barədə “Instagram” səhifəsində paylaşım edib.

O, çalışdığı teatra yollandığını, amma maşınını saxlamağa yer olmadığını bildirib:

“Hörmətli qurumlar, məsələni həll edin. Akademik Musiqili Teatrda çalışıram. Tamaşaya gəlmişəm. Zərifə Əliyeva küçəsi bağlıdır, keçmək mümkün deyil. Molokan bağının yanında dayanacaqda yer olduğu halda polis içəri buraxmır. Maşınlar dayanıb, içəridə yer ola-ola buraxmırlar. Kimə deyim? Yerüstü Nəqliyat Agentliyinin rəhbərinin yanında qəbulda oldum. Bildirdi ki, mənə necə göstəriş verilib, elə edirəm. Vaxtında tamaşaya gəlmişəm, maşını harada saxlayım? Kibrit qutusu deyil ki, qatlayım qoyum cibimə. Bu, teatrın digər əməkdaşlarının da üzləşdiyi bir problemdir. Dayanacağa hər saatda ödədiyimiz pul, maaşımızın yarısını aparır. Tamaşaçılarımızın sayını da bu məsələ azaldıb. Çünki teatra gələnlər maşın saxlamağa yer tapmırlar”.

Həmin görüntüləri təqdim edirik:
 

https://player.bizim.media/?v=30353

Həmçinin oxuyun

Bakının mərkəzində üç ilə tikilən hotel üç günə söküldü – VİDEO

Bakının mərkəzində, Səbail rayonunda üç ildir ki, tikilən binanın söküntüsünə başlanılıb. Tavanından zirzəmisinədək sökülən binanın …