Cümə axşamı , May 2 2024
Ana səhifə / Şou Biznes / İcra başçısı abituriyentlərə qəhvədan hədiyyə etdi –Foto

İcra başçısı abituriyentlərə qəhvədan hədiyyə etdi –Foto

Lənkəran şəhər icra başçısı Taleh Qaraşov bu il qəbul imtahanlarında 600 baldan çox toplamış 30 lənkəranlı abituriyentlə görüşüb.

Məlumata görə, görüş “maraq”lı məqamları ilə yadda qalıb.

İcra başçısı qəbul imtahanlarında yüksək bal toplamış gənclərə elektrik qəhvədanı hədiyyə edib. Görüş başa çatdıqdan sonra isə, icra başçısının gənclərə verdiyi hədiyyə sosial şəbəkələrdə müzakirə mövsuzuna çevirilib.

Onu qeyd edək ki, ötən il 600 baldan artıq toplayan göyçaylı abituriyentlər icra başçısı tərəfindən mükafatlandırılan zaman DVD hədiyyə edilmişdi. (Qaynarinfo.az)

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın