Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / “Siz kimsiniz ki, parkı işğal edirsiniz?” – DEPUTAT

“Siz kimsiniz ki, parkı işğal edirsiniz?” – DEPUTAT

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin parlamentin qarşıdan gələn 2016-cı il payız sessiyası ilə bağlı sentyabrın 9-da keçirilən ilk iclasında sözügedən komitənin sədri Arif Rəhimzadə deyib. Komitə sədri bildirib ki, Azərbaycanda insanlar arasında ictimai qınaq yox dərəcəsindədir.

“Kim nə edir-etsin, ona fikir verən, tənqid edən yoxdur. Hamı sanki susmağa üstünlük verir. Bu, heç də yaxşı hal deyil. Bunu da təəssüf hissi ilə demək istəyirəm ki, bu məsələnin kökündə millətimizin hələ də istənilən səviyyədə inkişaf etməməsi dayanır…” – deyə, A. Rəhimzadə sözlərinə əlavə edib.

“Yasamal parkı bir il öncə istifadəyə verilib və o, ölkə prezidenti İlham Əliyevin yasamallılara, Bakı sakinlərinə hədiyyəsidir. Hədiyyəyə xəyanət etmək olmaz. Amma təəssüflər olsun ki, həmin hədiyyəyə öz şəxsi maraqlarını düşünənlər tərəfindən xəyanət var”.

Bunu isə komitənin üzvü, professor Fəzail İbrahimli deyib. Deputat ardınca işbazları kəskin tənqid edib. “Bir il öncə Yasamalda gözəl bir park salındı. Ancaq heç üstündən bir il keçməmiş park tanınmaz hala gətirildi. Yasamal parkı belə demək mümkünsə, bu gün işğal olunub, biznes-kluba çevrilib. Bu, xəyanətdir. Bunu da bütün məsuliyyətimlə deyirəm”- deyən millət vəkilinin sözlərinə görə, parkda insanların dincəlməsinə imkan verilmir, gəliş-gedişə, hərəkətə maneçilklər törədilir. O, qeyd edib ki, parkın qarşısında yüzlərlə velosiped qoyulub ki, 5 dəqiqəsi 2 manatadır:

“Kimlərsə parkı öz şəxsi mallarına, mülklərinə çeviriblər, yaxşıca pul qazanırlar. Anacaq ora velosiped sürmək yeri, məkanı deyil. Velosipedi də elə sürürlər ki, az qala adamların üstünə çıxalar. Bu, yolverilməzdir. Həm də bildiyiniz kimi, illərdir Bakıda it saxlayan ailələr, vətəndaşlar var. İndi həmin park sanki itlərin ”görüş klubu”na çevrilib, bütün itlər orada görüşürlər, insanlar da qorxularından bilmirlər nə etsinlər. Axı, siz kimsiniz ki, parkı işğal edirsiniz, biznes-likuba çevirirsiniz? Bu haqqı kim sizə verib? Maddi maraqlarınız naminə niyə insanların əsəbləri ilə oynayır, xəyanət edirsiniz bu dövlətə? Hesab edirəm ki, artıq buna bir dur deyən lazımdır, bu özbaşınalıq aradan qaldırılmalıdır”-deyə, F. İbrahimli daha sonra sözlərinə əlavə edib.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …

Bir cavab yazın