Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / SOCAR təyyarə yanacağının ixracını artırıb

SOCAR təyyarə yanacağının ixracını artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin iyul ayında 26 754 ton dizel yanacağı ixrac edib ki, bu da ötən ilin iyul ayından 61% azalma deməkdir.

“Report” SOCAR-a istinadən xəbər verir ki, ötən ay 4 801 ton təyyarə yanacağı ixrac edilib. Bu isə ötən ilin iyul ayından 83% azdır.

Şirkət ötən ay 8 904 ton yüksək təzyiqli polietilen, 1 270 ton mütləqləşdirilmiş izopropil spirti, 3 618 ton propilen və 3 185 ton butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə, 2016-cı ilin yanvar-iyul ayları ərzində 415 978 ton dizel yanacağı, 133 539 ton təyyarə yanacağı ixrac edilib ki, dizel yanacağının ixracında 26% azalma, təyyarə yanacağının ixracında 1,6% artım qeydə alınıb.

Yanvar-iyul ayları ərzində 2,5 min ton soba mazutu 55 800 ton yüksək təzyiqli polietilen, 8 655 ton mütləqləşdirilmiş izopropil spirti, 35 215 ton maye piroliz qətranı, 28 171 ton propilen və 13 271 ton butilen butadien fraksiyası ixrac edilib. 2016-cı ilin iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 440,30 ABŞ dolları, təyyarə yanacağı – 419,26 dollar, dizel yanacağı – 389,43 dollar, 1% kükürdlü mazutun qiyməti – 243,33 dollar, yüksək təzyiqli polietilen – 1 160 dollar, butilen butadien fraksiyası – 440,57 dollar, maye piroliz qətranı – 440,30 dollar, propilen – 670 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti isə 920 avro təşkil edib.

İyul ayında dünya bazarında “Brent” tipli xam neftin 1 bareli 45,10 dollara, “Urals” nefti 44,28 dollara, “BTC FOB Ceyhan” tipli xam neft isə 46,95 dollara satılıb.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın