Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Cahangir Əsgərovla Vilyam Hacıyev sahibkarı kompensasiyadan məhrum ediblər?

Cahangir Əsgərovla Vilyam Hacıyev sahibkarı kompensasiyadan məhrum ediblər?

Bu günlərdə sayta müraciət edən Gəncə sakini Niyazov Niyaz Novruz oğlu bildirib ki, Göy-göl rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin qərəzli münasibəti nəticəsində mülkiyyət hüquqları pozulub və “Azərbaycan Hava Yolları” QSC ona məxsus 1,5 hektar sahəni heç bir kompensasiya vermədən Gəncə Aeroportunun ərazisinə qatıb. N.Niyazov qeyd edib ki? 1992-ci ilin noyabr ayında “Gül-Gün” sahibkar müəssisəsini yaradaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirib.niyaz niyazov

“1993-cü ildə müəssisənin ictimai-iaşə obyektlərinin tikinti işlərini həyata keçirməkdən ötrü Gəncə Aeroportunun lap yaxınlığında olan Xanlar rayon Bağmanlar sovxozunun ərazisindən 1,5 ha ovaxtkı Xanlar rayon RİH başçısı Pənah Məmmədovun sərəncamı və Xanlar rayon XDS-nin (o vaxtkı Xalq Deputatları Soveti – red.) qərarı ilə torpaq sahəsi götürdüm.Tez bir vaxt ərzində həmin ərazidə ictimai iaşə müəssisənin tikinti işlərini başlatdım. 1993-cü ildə Gəncə Aeroportunun sabiq direktoru Firudin Qasımov ovaxtkı ədliyyə naziri İlyas İsmayılova məktub yazaraq, “Gül-Gün” sahibkar müəssisəsinin hüquqi ünvanı kimi həmin ərazinin qeyd olunmasına razılıq vermişdi və tikiləcək müəssisənin aeroport işçilərinə xidmət göstərəcəyini qeyd etmişdi. Tikintinin xeyli hissəsini həyata keçirmişdim”.

O qeyd etdi ki, tikinti işləri fasilə ilə getsə də, başa çatdırmaq üzrə olduğu zamanda həmin torpaq sahəsinin “plana düşməsi” xəbərini alıb. “2004-cü ildə Gəncə Beynəlxalq Hava Limanı kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi. Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aer4ovağzal kompleksinin plan ərazisinə düşdüyü üçün, sənədlərimi hazırlayıb dövlətdən kompensasiya almaq qərarına gəldim. Bu da mümkün olmadı, müxtəlif bəhanələrlə məni get-gələ saldılar. 2004-2006-cı illərdə Xanlar rayon RİH başçısı olan Hacıyev Vilyam Fəxralı oğlu (hazırda İmişli RİH başçısı – red.) yalan məlumatlı məktub yazaraq Azərbaycan Hava Yollarına yolladı. Məktubunda qeyd etmişdi ki, guya 1.5 ha torpaq sahəsində tikinti işləri aparmaq üçün RİH-in sərəncamı olmayıb. Nəzərinizə çatdırım ki,Vilyam Hacıyev bu məktubu yazmazdan əvvəl mənimlə heç bir söhbət belə aparmamış, sənədlərimin araşdırılması barədə heç bir danışıq olmamışdı.Mən bu işlə əlaqədar olaraq onun qəbulunda olub soruşanda ki, niyə belə haqsızlıq edirsən, V.Hacıyev susub üzümə baxdı və dedi: “Belə olmalıdır”. Onun bu məktubu əsasında “Azərbaycan Hava Yolları”nın rəhbərliyi mənim dövlətdən kompensasiya almağıma imkan vermədi. Mənə cavab yazdılar ki,guya sənədlərim qaydasında olmadığı üçün təzminat ala bilmərəm.

288ffb30f151Əslində bu məsələylə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” rəhbərliyi mənimlə görüşməli idi. Dəfələrlə Cahangir Əsgərovun qəbuluna düşməyə çalışmışam, lakin buna imkan verməyiblər. 2004-cü ildə aeroportun direktoru Bəylər Nəcəfovdan xahiş etmişdim ki, kompensasiya barədə Cahangir Əsgərovla danışsın. İki gün sonra isə Bəylər Nəcəfov mənə Cahangir Əsgərovun adından bu sözləri çatdırdı: “Zir-zibilini ordan yığışdırsın, yoxsa gəlimb buldozerin qabağına verəcəyik”. Göründüyü kimi, Cahangir Əsgərovla Vilyam Hacıyevin ikisi də mənim hüquqlarımı tapdalayıb, yüz minlərlə manat həcmində maddi ziyan vurublar”, – deyə N.Niyazov bildirdi.1457600102_27

Onun sözlərinə görə, artıq 10 ildən çoxdur ki, hara gedirsə, bir nəticəyə nail ola bilmir: “Mən o torpaqda tikinti işlərinə 400 min manatdan çox vəsait xərcləmişdim, amma 10 ildən çoxdur ki, mənə 1 qəpik də verilmir. İndi həmin torpaq sahəsinin milyonlarla dəyəri var. Mən dövlətdən haqqım çatmayanı istəmirəm. Sadəcə qanuni haqqım olan kompensasiyanı AZAL rəhbərliyi mənə verməlidir və bu, onların borcudur”, – deyə N.Niyazov əlavə etdi. Biz AZAL-a zəng etdik, kommutator bizi hər dəfə müxtəlif nömrələrlə bağlasa da, heç bir nömrədən dəstəyi qaldıran olmadı. Göygöl RİH-in də münasibətini öyrənməyə, eyni zamanda Bağmanlar Sovxozu deyilən ərazi ilə bağlı ətraflı məlumat almağa çalışdıq. RİH başçısının köməkçisini əvəz edən Ramin Muradov adlı əməkdaş bizdən əlaqə nömrəsini alaraq, tezliklə aidiyyatı olan şəxslərin zəng edəcəyini bildirdi. İş gününün sonuna qədər zəng gözləsək də, Göy-Göl RİH-dən bizimlə əlaqə saxlayan olmadı. Araşdırmamız davam edir…

Qafqaznews.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın