Prezident İlham Əliyev «Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında» qanunun tətbiqi barədə fərman imzalayıb.
Bu qanun Azərbaycanda iqtisadi maraqların müdafiəsi məqsədi ilə yerli istehsal sahəsinə zərər vuran və ya zərər vurma təhlükəsi yaradan dempinqli, subsidiyalaşdırılmış və ya artmış idxala qarşı antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi qaydalarını tənzimləyir. Qanunda dempinqli idxalın müəyyən edilməsi, dempinqli idxalla bağlı istehsal xərclərinin və mənfəətin hesablanması, dempinqli və ya subsidiyalaşdırılmış idxal nəticəsində yerli istehsal sahəsinə vurulan maddi zərərin müəyyən edilməsi və sair məsələlər əksini tapıb.
Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Həmçinin oxuyun
Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video
Abşeron rayonunun Saray qəsəbəsindəki gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu …