Ana səhifə / Kriminal / Azərbaycan iqtisadiyyatı azalıb – SƏBƏB?

Azərbaycan iqtisadiyyatı azalıb – SƏBƏB?

2016-cı ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 27 mlrd. 2,3 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Azinforum.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, azalmanın əsas səbəbi tikinti sektorunda istehsalın keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub. Əlavə dəyərin 38,5%-i sənayedə, 11,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,1%-i tikinti, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2%-i informasiya və rabitə, 16,3%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,6%-i təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 min 809,7 manata bərabər olub.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın