Cümə axşamı , May 2 2024
Ana səhifə / Araşdırma / Azərbaycanlı diaspor rəhbərinin obyektləri və maşınları partladıldı

Azərbaycanlı diaspor rəhbərinin obyektləri və maşınları partladıldı

Ukraynanın Donetsk vilayətinin Pokrovsk (keçmiş Krasnoarmeysk) şəhərində “Azərbaycan” Cəmiyyətinin sədri, iş adamı Şahin Bəylərova məxsus bir neçə obyekt – mağaza, kafe, avtoyuma və avtomobillər naməlum şəxslər tərəfindən partladılıb.

“ Azinforum.az ” ın məlumatına görə, Ş. Bəylərov APA-ya bildirib ki, hadisə gecə saatlarında baş verdiyi üçün insan tələfatı yoxdur.

Partlayış nəticəsində obyektlər tamamilə yararsız hala düşüb, ikisi Ş. Bəylərova məxsus olmaqla, dörd avtomobil sıradan çıxıb.

Partlayış kənardan idarə olunan qurğu ilə törədilib.

Hadisənin kimlər tərəfindən törədildiyi hələlik bilinmir, yerli polis araşdırma aparır.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın