Türkiyənin İstanbul şəhərindəki Sultan Ahmet meydanında Ramazan günlərində hər axşam məşhur ilahiyyatçı Nihat Hatipoğlunun aparıcılığı ilə canlı yayımlanan iftar proqramında azərbaycanlı qadına da sual vermək imkanı yaradılıb.
“ Azinforum.az ” Musavat.com-a istinadən xəbər verir ki, onun verdiyi sual hər kəsi maraqlandırıb.
Azərbaycanlı bir qadın Nihat Hatipoğluna, “Məhərrəm ayında və Ramazanda saç kəsmək, boyamaq və toy etmək günahdırmı”-, sualını verib.
Bunun bir ənənə olduğunu və İslamda belə bir şey olmadığını söyləyən ilahiyyatçı “Bu bir ənənə ola bilər. Quran-i Kərimdə və sevimli peyğəmbərimizin hədislərində belə bir şey qeyd edilməyib”, – deyə qeyd edib.