Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-may ayları ərzində 6 340 km uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb.
“Report” xəbər verir ki, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 169 km qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-may aylarında 96 yaşayış məntəqəsi qazlaşdırılıb.
Həmçinin oxuyun
Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir
“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …