Cümə axşamı , May 2 2024
Ana səhifə / Cəmiyyət / Vasif Talıbov Naxçıvanda yeni dövlət qurumu yaratdı

Vasif Talıbov Naxçıvanda yeni dövlət qurumu yaratdı

Naxçıvan Muxtar Respublikasında yeni dövlət qurumu yaradılıb.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam verib.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin layihəsini, strukturu və işçilərin say tərkibi barədə təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək və bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Həmçinin oxuyun

Dövlət Agentliyi keçmiş deputatın şirkətinə 720 min manat ödəyəcək

Dövlət Ehtiyatlar Agentliyi “Karat Holdinq” şirkəti ilə 719.328 manatlıq satınalma müqaviləsi imzalayıb.  Qaynarinfo xəbər verir …

Bir cavab yazın