Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Prezidentə ən böyük müxalifətçiliyi Rasim Məmmədov edib”

“Prezidentə ən böyük müxalifətçiliyi Rasim Məmmədov edib”

“Baku Steel Company”nin icraçı direktoru Rasim Məmmədov haqqın.az saytına açıqlamasında tanınmış iqtisadçı, keçmiş millət vəkili Nazim Məmmədovun ünvanına ciddi ittihamlar səsləndirib, onu müxalifətçi olmaqda suçlayıb.
Bununla bağlı Moderator.az-a açıqlama verən N. Məmmədov R.Məmmədovun özünün ən böyük müxalifətçi qismində çıxış etdiyi bildirib:
“Rasim Məmmədov Eynulla Fətullayevin vasitəsi ilə, indi özünə təzə PR menecer tapıb, ANS-in filmi vasitəsi ilə alınmadı. Bu dəfə lap qabağa gedib, guya biz kiçik sex sahibləri müxalifətçilərik, həmişəki kimi, kimin “dəsti-xətti” olduğu məlumdur. Keçməz bəy əfəndi, sən dövlətin qanunlarını ayaq altına salmısan, çeynəmisən, “qoçu dəstəsi” yaratmısan, zorla sahibkarları susdurmusan, sən və arxanda duranlar mütləq cəzalanacaq!
Rasim Məmmədovun bütün əməlləri tv-də radiolarda, KİV-də kifayət qədər işıqlandırılıb. Mən cənab prezident İlham Əliyevin təbliğatını aparanda, təmsil olunduğum bölgədə H.Əliyev adına park salanda, onun büstünü qoyanda, H.Əliyev Fondunun tikdirdiyi məktəb binasına istilik sistemi çəkəndə, özümə mənəvi borc hesab edib müxtəlif layihələrə dəstək verəndə Rasim Məmmədov harada idi? Büdcə vəsaitini oğurlayanları, prezident təyin etdiyi vəzifədən öz şəxsi məqsədləri üçün istifadə edib hakimiyyətin imicinə ciddi ziyan vuran məmurları tənqid etmək nə vaxtdan müxalifətçilik olub? Mənim kim və necə adam olduğumu cənab İ.Əliyev şəxsən bilir, Rasim Məmmədovun ola bilər pulu çox olsun, müxtəlif PR kompaniyalar üçün “muzdlu jurnalistlər” tutub özünü guya hakimiyyətə yaxın göstərsin, ancaq şəxsən 20-dən çox sexi “qoçu dəstəsi” vasitəsi ilə bağlatdırarkən, minlərlə insanı işsiz qoyaraq, monopoliya yarardaraq cənab prezidentə ən böyük müxalifətçiliyi o edib. Təəssüf edirəm ki, hələ də bunu başa düşməyib”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın