Ana səhifə / Siyasət / Sığortasız avtomobillərin sürücülərinə şad xəbər

Sığortasız avtomobillərin sürücülərinə şad xəbər

“Mürəkkəbi hələ qurumaımış yeni İnzibati Xətalar Məcəlləsində başqa bir maraqlı dəyişiklik də olub. İcbarı sığortası olmayan avtomobillərin sürücülərinin də canı addımbaşı elektron protokolla üzləşməkdən qurtardı”.

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib. Onun sözlərinə görə, icbarı sığortaya görə məsuliyyətə cəlb edilən sürücü düz 20 gün yenidən məsuliyyətə cəlb oluna bilməz: “Həmin müddət ərzidə icbari sığorta müqaviləsi bağlamasa, 21-ci gün yenidən məsuliyyətə cəlb oluna bilər”.

Bununla belə, ekspert 20 gün məsələsinin çox olduğunu vurğulayıb.

“Belə çıxır ki, 20 gün icbari sığortasız sürmək olar…”, – deyə Ərşad Hüseynov narazılığı bildirib.

Həmçinin oxuyun

ABŞ konqresmeni Azərbaycandan rüşvət almaqda ittiham olunur

Henri Kuellarla həyat yoldaşı İmelda Kuelların 600 min dollar pul aldığ bildirilir ABŞ Nümayəndələr Palatasının …

Bir cavab yazın