Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / ABŞ Əliyevlə Sarkisyanı görüşdürmək istəyir – Vaşinqtonda
2307589

ABŞ Əliyevlə Sarkisyanı görüşdürmək istəyir – Vaşinqtonda

Azərbaycan və Ermənistan prezidentləri ABŞ-da görüşə bilər.

“Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, prezident İlham Əliyevlə Serj Sarkisyan arasındakı görüş Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində baş tuta bilər. Diplomatik dairlərin məlumatına görə, ATƏT-in Minsk qrupu ölkələri, xüsusən də ABŞ Sarkisyan-Əliyev görüşünə nail olmaq üçün bütün səylərini birləşdirib.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obamadan Azərbaycan prezidenti İlham Əliyevə martın 31-də açılışı olacaq Sammitdə iştirak etməsi üçün dəvət gəlmişdi.

Qeyd edək ki, hər iki ölkə lideri sonuncu dəfə ötən ilin dekabrında Berndə görüşmüşdülər.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın