Ana səhifə / İqtisadiyyat / Kaxa Kaladze: “Gürcüstanla “Qazprom” arasında razılıq əldə edilib”

Kaxa Kaladze: “Gürcüstanla “Qazprom” arasında razılıq əldə edilib”

Gürcüstan Rusiyanın “Qazprom” şirkəti ilə razılığa gəlib.

APA-nın “Qruziya Onlayn” saytına istinadən məlumatına görə, bunu Gürcüstan energetika naziri Kaxa Kaladze bəyan edib.

Onun sözlərinə görə, “Qazprom” Rusiya qazının Ermənistana tranzitinə görə əvvəlki şərtlərin ilin sonunadək qüvvədə qalmasına dair Gürcüstanın təklifinə müsbət cavab verib.

Razılığa əsasən, Ermənistana Rusiya qazının tranzitinə görə Gürcüstan əvvəlki kimi 10% qaz əldə edəcək.

“Razılıq əldə edilib, qalıb imzalanmağı. Əvvəlki müqavilələr çərçivəsində qalmaqda davam edirik. Gələn ilə gəldikdə isə gözləyək, 2017-ci ildə mövqeyimiz daha möhkəm olacaq”.

Həmçinin oxuyun

İlin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis …

Bir cavab yazın