Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Baş Prokurorluq Mahmud Quliyevin fəaliyyətini yoxlamağa start verdi…

Baş Prokurorluq Mahmud Quliyevin fəaliyyətini yoxlamağa start verdi…

Xəbər verildiyi kimi, martın 3-də Laçın və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları Prezident İlham Əliyevin sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər.
Mövcud kadr dəyişikliyinin əsas səbəbini AzərTAc və APA-ya şərh edən Prezident Administrasiyası rəhbərinin müavini, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalı, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək: “Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərir ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Buna görə də Laçın və Cəbrayıl rayonlarının İcra Hakimiyyəti başçıları da məhz elə o səbəbdən cənab Prezidentin müvafiq sərəncamları ilə tutduqları vəzifələrindən azad ediliblər. Onlar öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər”.
Z. Nağdəliyev vurğulayıb ki, bu gün vəzifədən azad edilən başçılar amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər, nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzdan düşüblər. Z. Nağdəliyevin fikrinə görə, adları qeyd olunan sabiq İcra Hakimiyyəti başçıları cənab Prezidentin etimadını doğrulda bilməyiblər, daha dəqiq, etibarını itiriblər.

Baş Prokurorluq Mahmud Quliyevlə Akif Səlimovun fəaliyyətini yoxlamağa start verib…

Qeyd edək ki, Prezident İlham Əliyev “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş toplantıda vurğulayıb ki, ölkədə heç kəs toxunulmaz deyil, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaqlar. Və məsələ ondadır ki, etibarlı mənbə “Təzadlar”ın əməkdaşına bildirib ki, artıq dünəndən Cəbrayıl, Laçın və Salyan RİH-lərin sabiq başçılarının fəaliyyətinin yoxlanılmaına tapşırıq verilib. Xüsusən də Cəbrayılın icra başçısı Mahmud Quliyevin: “…Mahmud Quliyevin şikayətçi vətəndaşı ağır küçə söyüşü ilə təhqir etməsini, həbs etdirəcəyi ilə hədələməsi və s. barədə davranışını əks etdirən videosu aidiyyəti hüquq mühafizə orqanlarına da təqdim edilib… Bundan əlavə, Mahmud Quliyevin Biləsuvarda (RİH həmin rayonda yerləşir) min hektarlarla əkin sahəsi, mal-qoyun fermaları, Bakıda isə iaşə obyektləri, qohumlarının, hətta qaynanası və baldızının adına təzə mənzillər, bahalı butiklər, dükanları var… Bildiyimə görə, Mahmud Quliyevin fəaliyyətinin yoxlanılması barədə Baş Prokurorluqda təhqiqata başlanılıb. Bu işdə Hesablama Palatasının ötən illərdə Cəbrayıl RİH-də büdcə vəsaitlərinin xərclənməsi barədə rəyləri də əsas götürülüb… Ən vacibi, Mahmud Quliyev Satınalmalar üzrə Dövlət Agentliyinə saxta MMC-lərin adına tender uduşları edərək büdcə vəsaitlərini dağıtmaqla məşğul olub…”,
Mənbə qeyd edib ki, oxşar yoxlamalar Laçının və Salyanın RİH başçıları barədə də aparılacaq. Artıq aidiyyəti qurumlara tapşırıqlar verilib.
***
“Təzadlar” Satınalmalar üzrə Dövlət Agentliyinin ötən illərdəki hesabatlarında Cəbrayıl RİH başçısının tender fırıldaqlarını araşdırmağa başlayıb… Növbəti yazıda görünməmiş faktlar təqdim olunacaq…

Davamı var…
“Təzadlar” qəzeti

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın