Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Dünya Bankından Bakıya kredit verəcək

Dünya Bankından Bakıya kredit verəcək

Dünya Bankı Azərbaycan hökuməti ilə kompleks tədbirləri müzakirə edir.
Bu tədbirlər hökumətin özəl sektorun aparıcı rol oynayacağı yeni inkişaf modelinə keçidi, neft qiymətlərinin azalması və milli valyutaya təzyiqlərə qarşı dayanıqlığının artırılması ilə bağlıdır.
Bu haqda Dünya Bankının Azərbaycandakı nümayəndəliyi yanvarın 30-da məlumat yayıb.
«Azərbaycan hökuməti struktur islahatları ilə bağlı hərtərəfli proqram formalaşdırmaqdadır. Azərbaycanın uzunmüddətli inkişaf tərəfdaşı kimi Dünya Bankı bu sahədə zəruri dəstəyi təmin etməyə hazırdır» – DB-nın nümayəndəliyi vurğulayır.
Yanvarın 28-də DB-nin Cənubi Qafqazda özəl və maliyyə sektoru üzrə nümayəndəliyinin rəhbərliyi Bakıya səfərə gəlib. Mediada gəzən məlumatlara görə, Azərbaycan hökuməti Dünya Bankından 1 milyard həcmində kredit almaq istəyir.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın