Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Kitabxana, restoran və indi məscid kimi istifadə olunan tarixi abidə – REPORTAJ

Kitabxana, restoran və indi məscid kimi istifadə olunan tarixi abidə – REPORTAJ

Azərbaycanın ən qədim rayonlarından biri olan Qazax tarixi abidələrlə zəngindir. Zamanın sınağından keçmiş və bunədək gəlib çıxmış tarixi abidələrdən biri də Qazaxın mərkəzi hissəsində yerləşən Qazax cümə məscididir. Məscidin bir əsrdən çox yaşı var. Sovet hakimiyyəti dövründə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan məscid bu gün həm tarixi abidə kimi qorunur, həm də müsəlmanların ibadət evi kimi fəaliyyət göstərir. Qazaxa səfərə gələn istər yerli vətəndaşlar, istərsə də turistlar 1901-ci ildə inşa edilən bu məscidi ziyarət gəlirlər.
Elə musavat.com-un reportyor qrupu olaraq Qazaxa səfər edərkən tarixi məkanı biz də ziyarət etdik.  Yaşı bir əsri ötmüş bu tarixi məkan yerli camaatın dəstəyi ilə qorunub saxlanılıb. Əvvəllər Qazaxda hər məhəllədə məscid varmış, lakin sovet hakimiyyəti dönəmində məscidlər dağıdılıb.
Məscidin imamı 5 ildir Zaur Budaqovdur. Məscidin tarixi və görülən işlərlə barədə bizi məlumatlandıran imam deyir ki, sovet hakimiyyəti dövründə kitabxana və daha sonra retoran kimi fəaliyyət göstərən Qazax cümə məscidi, nəhayət ki, 1990-cı ildən fəaliyyət göstərə bilib.
Məscid regionun ən qədim məscidlərindən biridir. Z.Budaqov deyir ki, məscid Qazax ağaları tərəfindən tikilib. Məscidin planı İrandan ceyran dərisi üzərində gətirilib.
Tarixi cümə məscidinin divarları qırmızı kərpicdən tikilib və 2 metrə yaxın qalınlığı var.
İmam deyir ki, məscid mükəmməl şəkildə tikildiyindən bir əsr yaşamasına baxmayaraq əvvəlki görünüşündən heç nə itirməyib və bu günədək qorunub salxlanıla bilib.
Məscidin sonradan yalnız dam örtüyü dəyişdirilib. Tarixiliyi qorunub saxlanılan məscidin dəstəmazxanası qazaxlı iş adamı tərəfindən təmir etdirilib. Rayondan yeni seçilən deputat Kamran Nəbizadə məscidə yeni xalça alaraq camaata hədiyyə edib.
İmam deyir ki, məscidin bütün işləri camaatın hesabına görülür: “Bura təyinat alarkən məscidin dam örtüyü dağılmışdı və istifadəyə yararsız idi. Sonradan bu məcsdin təmiri və istifsdəyə verilməsi üçün işlər görüldü. Şükürlər olsun ki, məscidimiz bu gün fəaliyyət göstərir və bu məscid, Qazax sakinlərinin və hər bir müsəlmanın evidir. Buranı qorumaq bizim borcumuzdur. Şükürlər olsun ki, məscidimiz bu gün ibadətə açıqdır və cümə məscidlərində yer olmur. Gənclərimizin də namaza diqqəti artıb. İslam özü vədətdir. Bütün müsəlmanlar qardaşdır. Bu məscidimizdə bütün müsəlmanlar birgə ibadət edir.
Hər kəs əlindən gəldiyi qədər məscidin işlərinə kömək edir. Qeyd etdiyim kimi, dam örtüyünü təmir etdirmişik, istilik sistemi quraşdırılıb, dəstəmazxana təmir olunub. Bütün bu işlər məscid camaatının və xeyriyyəçilərin sayəsində həll olunub”.
Əzəmətliliyi və yaraşıqlı minarələri ilə diqqət çəkən məscidin həyətində köməkçi binaları da var. Buradan kitabxana kimi də istifadə olunur.








Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın