Bazar ertəsi , May 6 2024
Ana səhifə / Dünya / Corca Meloni: “İtaliyanın Ukraynaya verməyə “F-16”ları yoxdur”

Corca Meloni: “İtaliyanın Ukraynaya verməyə “F-16”ları yoxdur”

“İtaliyanın Ukrayna üçün “F-16” qırıcı təyyarələri yoxdur, lakin bu ölkə ukraynalı pilotlara təlim keçməyi nəzərdən keçirəcək”.

Bunu İtaliyanın Baş naziri Corca Meloni bəyan edib.

“Bizim F-16-larımız yoxdur, ona görə də bu layihədə iştirak edə bilmərik. Amma söhbət ukraynalı pilotların mümkün hazırlığından gedir. Biz hələ bu qərarı verməmişik və müttəfiqlərlə müzakirə edirik”-deyə, o bildirib.

Qeyd edək ki, İtaliyanın Baş naziri Corc Meloni ölkəsindəki daşqınlar səbəbilə “G7” liderlərinin sammitindən İtaliyaya erkən qayıdıb.

Həmçinin oxuyun

Gürcüstan prezidenti Avropadan KÖMƏK İSTƏDİ

Gürcüstan prezidenti Salome Zurabişvili bu gün Tbilisidəki iqamətgahında toplaşdığı Avropa İttifaqına üzv ölkələrin səfirlərindən “xarici …