Cümə , Aprel 26 2024
Ana səhifə / Dünya / Lavrovun qızı toya getməklə Gürcüstanı qarışdırdı: Prezident dilə gəldi

Lavrovun qızı toya getməklə Gürcüstanı qarışdırdı: Prezident dilə gəldi

Gürcüstanda Lavrovun qızı ilə bağlı qalmaqal böyüyür.

Prezidenti Salome Zurabişvili Rusiyanın xarici işlər naziri Yekaterina Vinokurovanın sanksiyalar altında olan qızının ölkəyə buraxılmasına icazə verən təhlükəsizlik xidmətini və Daxili İşlər Nazirliyini tənqid edib.

“Nə demək istəyirsən ki, kimin gəldiyini bilmədin? Putinin çevrəsindən ən yüksək məmurun qızı ölkəyə gəlir, amma xəbərin yoxdur? Deməli, dünən Saakaşvilinin girdiyini bilmirdilər. Bu gün də bilmirlər ki, sanksiyaya məruz qalan ruslar içəri girirlər.

Gəlin sərhəddə sanksiya siyahılara diqqət edək ki, bir nəfər də olsun sanksiya tətbiq edilmiş adam girməsin.

Bu, geosiyasi mövqeyinə görə təhdid altında olan və müdafiəyə uzaqda yerləşən və daha çox qorunan Avropa ölkələrindən daha çox ehtiyacı olan ölkəmiz üçün minimum müdafiədir”, – deyə Gürcüstan Prezidenti bildirib.

Daxili İşlər Nazirliyindən Lavrovun  qızının ölləyə gəlməsi barədə məlumat nə təkzib, nə də təsdiq edilib. Şənbə günü səhər Sergey Lavrovun qızının gəldiyi Kaxetidə toyun planlaşdırıldığı otelin yaxınlığında etiraz aksiyası keçirilib və polislə toqquşmalar olub.

Axşama yaxın Zurabişvili bildirib ki, DİN-dən toy olmayacağı barədə məlumat alıb.

Cebhe.info

Həmçinin oxuyun

Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb

Rusiya Prezidenti Vladimir Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb. “Report” “Kommersant”a istinadən xəbər verir …