Ana səhifə / Sosial / Bakıdan Naxçıvana karqo ilə göndərilən yük əksik çatır? – VİDEO

Bakıdan Naxçıvana karqo ilə göndərilən yük əksik çatır? – VİDEO

Bakıda yaşayan Naxçıvan sakini qəribə hadisə ilə üzləşib .

Namiq Ağabəyli adlı şəxs karqo şirkətlərindən biri ilə Naxçıvana ümumi çəkisi 185 kiloqram olan 15 qutudan ibarət yük yola salıb.

Vətəndaş iddia edir ki, hava yolu ilə çatdırılan yük Naxçıvanda təhvil alınarkən üzərindən bir qismi əskik olub.

Müsahibimiz ümumilikdə ona 320 manat ziyan dəydiyini iddia edir. Onun sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti üzrə müraciətləri nəticəsiz qalıb.

Bununla bağlı sözügedən karqo şirkətindən şifahi olaraq bildirildi ki, bu gün qeyri-iş günü olduğundan vətəndaşın problemi həftənin birinci günü tam araşdırılacaq və həll ediləcək.

Daha ətraflı videomaterialda:

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …