Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Vasif Tağıyev evə buraxıldı – Xalq artisti fotolar yaydı

Vasif Tağıyev evə buraxıldı – Xalq artisti fotolar yaydı

Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən və nəticədə xəsarət alan Vasif Tağıyev müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Onun evdə ailə üzvləri ilə birgə çəkilmiş fotolarını Xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkə hesabında dərc edib.
Xalq artisti, həmçinin qeyd edib ki, Vasif Tağıyev onun dayısı nəvəsi imiş.
Qeyd edək ki, Vasif Tağıyev göstərdiyi şücaətə görə Prezident tərəfindən 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …