Ana səhifə / İqtisadiyyat / Bu şirkətlər Rövnəq Abdullayevin kürəkəninin rəhbərlik etdiyi “Trust Holding”ə birləşdi

Bu şirkətlər Rövnəq Abdullayevin kürəkəninin rəhbərlik etdiyi “Trust Holding”ə birləşdi

“Trust Holding” MMC (VÖEN:1602326211) “AR CONSTRUCTİON” MMC-nin (VÖEN:1402830021), “Z KOMMERS” MMC-nin (VÖEN:1402886831) və “AS BUILDING” MMC-nin (VÖEN:1402886701) ona qoşulması nəticəsində yenidən təşkil olunur.
“Trust Holding” MMC-nin qanuni təmsilçisi Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur.
Onu da bildirək ki, 1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 41%-i Rauf Əliyevə məxsusdur.
Abdullayevin kürəkəni həm də “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından (19%) biridir. Bunlardan başqa Rauf Əliyev “Faza” Mənzil Tikinti Kooperativinin (VÖEN – 1402894241) və “Black Sapphire” MMC-lərin də (VÖEN – 1403649271)) qanuni təmsilçisidir.
“Trust Holding” MMC-yə qoşulan şirkətlərə daha əvvəl Rövnəq Abdullayevin övladları rəhbərlik edib. Yeniavaz.com

Həmçinin oxuyun

İlin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis …