Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Azərbaycanda muzdla işləyənlərin 1/5–i təhsil sektorunda çalışır

Azərbaycanda muzdla işləyənlərin 1/5–i təhsil sektorunda çalışır

Bu ilin yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 min nəfər və ya 1,5 faiz artaraq 1 milyon 733,9 min nəfər olub.
Onlardan 903,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 830,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,3 faizi təhsil (335 min), 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 2,0 faizi maliyyə və sığorta fəaliyyəti, 14,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …