Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Fransadakı erməni diasporu münasibətlərin normallaşmaına qarşıdır” – Çavuşoğlu

“Fransadakı erməni diasporu münasibətlərin normallaşmaına qarşıdır” – Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Fransadakı erməni diasporunun bir hissəsi Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesinə qarşıdır.

“Anadolu” agentliyi xəbər verir ki, o, bunu Strasburqda türk icmasının nümayəndələri ilə görüşündə deyib.

Türkiyəli nazir qeyd edib ki, bəzi diasporlar yaxşı münasibətlərin qurulmasına qarşıdırlar və düşmənçiliklərini davam etdirirlər.

Nazir Fransada yaşayan soydaşlarını bu cür hallarla mübarizə aparmağa çağırıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …