Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “O, Honkonqda dünyasını dəyişib, bilmirəm orada dəfn olunacaq, ya Azərbaycanda…”

“O, Honkonqda dünyasını dəyişib, bilmirəm orada dəfn olunacaq, ya Azərbaycanda…”

“Ruhəngiz çıxıb getdi, heç bizimlə sağollaşmadı da. Sonra iki dəfə ona zəng etdim, cavab da vermədi. Təxminən 20 gün öncə qızının yanına Honkonqa getmişdi. İndi bilmirəm Honkonqda dünyasını dəyişib, yaxud başqa şəhərdə. Amma dəqiq onu bilirəm ki, Azərbaycanda deyil”.

Bunu Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova deyib. O, daha sonra əlavə edib.

“Bilmirəm, qızının yanından gətirilib burada dəfn olunacaq, ya yox. Çünki ordan bura gətirmək böyük xərc tələb edir. Həyat yoldaşı ötən il dünyasını dəyişmişdi. Heç ili də çıxmayıb. Onun ölümü çox pis təsir etmişdi Ruhəngizə. Ruhəngiz o qədər şən, yumorlu insan idi ki, ərinin ölümünə dözmədi. 2006-cı ildən ərinə baxırdı. Özünün də şəkəri, təzyiqi var idi. Deyirdi ki, birdən mənə nəsə olar, həyat yoldaşım tək qalar. Mənimlə çox yaxın rəfiqə idi, daha sonra da Bəstəkarlar İttifaqının xətti ilə bir çox ölkələrə səfərlər etmişik. Rəhmətlik oğlum onun haqqında monoqrafiya yazmışdı, hər dəfə razılıq və təşəkkür edirdi” deyə sənətkarın yaxın rəfiqəsi deyib./Moderator.az

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …