Cümə axşamı , May 2 2024
Ana səhifə / İqtisadiyyat / Azərbaycanda dolların bahalaşması gözlənilmir – EKSPERT

Azərbaycanda dolların bahalaşması gözlənilmir – EKSPERT

“ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot faiz dərəcəsini 0,5 faiz artıraraq 0,75-1 faiz həddinə çatdırması və növbəti iclaslarda 0,5 faiz artıma gediləcəyi ilə bağlı açıqlamaları dolları digər valyutalar qarşısında bahalaşdırır. Bu gün dollar bütün dünyada bahalaşır. Ancaq Azərbaycanda inzibatı məzənnə rejimi olduğuna görə dünyada gedən dollar bahalaşması birbaşa ölkə bazarına təsir etmir”.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, Azərbaycanda valyuta birjası yoxdur, qiymətlər birjadan müəyyənləşmir. Qiymətlər Mərkəzi Bankın və hökumətin inzibati qaydada tənzimlənməsi ilə müəyyənləşir. Bu səbəbdən də ölkədə dolların qiymətinin bahalaşması gözlənilmir:

“Neftin indiki qiymətləri 100 dollardan yuxarı olduğu dövrdə Azərbaycanda manatın hər-hansı bir formada ucuzlaşması və dolların bahalaşması mümkünsüz görünür”.

Həmçinin oxuyun

İpotekaya xitam verilən hallar genişləndi

İpotekaya xitam verilən hallar genişlənib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İpoteka haqqında” Qanuna dəyişiklikdə əksini tapıb. Qanuna …