Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Məhərrəmlikdə, mayda evlənməyənlərin uşağı şikəst olmur?” – Elşad Miri

“Məhərrəmlikdə, mayda evlənməyənlərin uşağı şikəst olmur?” – Elşad Miri

“May ayında evlənənlərin uşaqlarının şikəst olacağı ilə bağlı xəbərlər tamamilə uydurmadır”.

Bu sözləri ilahiyyatçı Elşad Miri Bakupost.az -a açıqlamasında deyib.
O, may ayında toy etməyin uğursuzluğu barədə mövcud fikirlərin dinə də zidd olduğunu bildirib:

“Başqa vaxt toy edənlərin hamısının uşaqları sağlamdırmı? Başqa ayda evlənənlər boşanmırmı? Bu düşüncələr hamısı absurddur”.

E. Miri məhərrəmlikdə də toy etməməklə bağlı fikrilərə toxunub: “Ümumiyyətlə cənub bölgələrində məhərrəmlikdə və ondan sonra gələn səfər ayında toy etməyi qadağan edirlər. Lakin Zaqatala, Balakən, Şəki zonalarında həmin vaxt toylar olur. İndiyə kimi də bir problem olmayıb. Bakının özündə də şadlıq evlərində toy ediblər.

Dünyada məhərrəmlikdə toy edən milyonlarla insan var. Bu təfəkkürlə yanaşsaq, deməli onların hamısı qırılır və dünya əhalisinin 1/3-i məhv olur. Belə bir məntiq, yanaşma, din yoxdur. Bu, dindarlıq deyil, dini darlıqdır. İnsan düşünməyi, sorğulamağı, mühakimə etməyi bacarmalıdır. Niyə insanlar islam dininə biznes kimi yanaşan din xadimlərini yanına buraxırlar? Ortada aldadan varsa, deməli aldanan da var. Aldanan insan da sorğulamırsa, günahı hər iki tərəfdə görürəm”.

Həmçinin oxuyun

“Baboşlar efirə çıxarılır, kişi kişiylə evlənir, çünki…” – Rasim Balayev

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev  “TV Müsavat”-a müsahibə verib. AKİ sədri  ittifaq …