Bazar ertəsi , May 6 2024
Ana səhifə / Sosial / Ədliyyə Nazirliyində kadr dəyişikliyi – Nazir Aydın Ağazadəni təqaüdə göndərdi

Ədliyyə Nazirliyində kadr dəyişikliyi – Nazir Aydın Ağazadəni təqaüdə göndərdi

Ədliyyə Nazirliyində kadr dəyişikliyi baş verib.

Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin informasiya qrupunun rəhbəri Aydın Ağazadə ədliyyə orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Məlumata görə, A. Ağazadə bununla bağlı ərizə ilə nazirliyə müraciət edib. Nazirlik onun müraciətinə müsbət cavab verib.

Qeyd edək ki, yazıçı-publisist Aydın Ağazadə uzun illərdir ki, Ədliyyə Nazirliyində mətbuatla əlaqələrə məsul şəxs kimi çalışıb.

mia.az

Həmçinin oxuyun

Bu şirkət əmək hüquqlarının pozulmasına görə cəzalandırıldı

“Pixeltec” MMC-yə inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …

Bir cavab yazın