Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / “O gecə içkisinə nə qatdılarsa, bax, belə oldu” – İntihar edən gənc ifaçının valideyni (VİDEO)

“O gecə içkisinə nə qatdılarsa, bax, belə oldu” – İntihar edən gənc ifaçının valideyni (VİDEO)

İntihar edən gənc ifaçı Elvin Ordubadlı ilə bağlı video-çarx paylaşılıb.

Axar.az-ın məlumatına görə, onun Feysbuk səhifəsində paylaşılan süjet Alfa TV tərəfindən hazırlanıb.

Həmin kadrlarda Elvinin karyerası, əldə etdiyi uğurlar, ölümündən sonra anasının, yaxınlarının çıxışı, dəfn mərasimindən görüntülər yer alıb.

Anasının sözlərinə görə, övladını intihar etdiyi gecə evə gələndə tanımayıb:

“Balamın o gecə içkisinə nə elədilər, bilmədim. Həmin gün evə gələndə gec idi, içmişdi. Amma qapıdan girəndə gözləri böyümüşdü.

Balamı tanımadım. Bir anın içində özünü atdı getdi. Fağır balam idi. Heç kəsə də borcu yox idi ki, özünü öldürsün. Onun məndən gizli sirri olmazdı. Əgər borcu olsaydı, mənə deyərdi və qoymazdım ki, kiməsə borcu qalsın”.

Mərhumun valideyni deyib ki, intihar etdiyi gün dostu Fəridin ad günündən qayıdıb:

“Dedi ki, ana, yeyib-içməkdəyəm, bir az gec gələcəm. Kim nə düşmənçilik etdisə, orda etdilər. Evə girəndə tanımadım. Mətbəxin qapısından necə getdisə quş kimi uçdu. Dalınca qaçdım, əl atdım çata bilmədim. O gecə içkisinə nə qatdılarsa, bax belə oldu”.

Qeyd edək ki, gənc müğənni “Azərbaycanın səsi” musiqi yarışmasının qalibi olub. Bundan başqa, müğənni  2014-cü ildə “Türkviziya” musiqi yarışmasında Elza Seyidcahanın bəstələdiyi “Divlərin yalnızlığı” mahnısı ilə Azərbaycanı təmsil edib. O, 1989-cu il noyabrın 1-də Naxçıvanda anadan olub. İki övladı var.

Mərhumla bağlı video-çarxı təqdim edirik:

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …

Bir cavab yazın