Bazar ertəsi , May 6 2024
Ana səhifə / Cəmiyyət / Bakı Gənclər Mərkəzində aktyorların iştirakı ilə “Soyuq günəş” bədii filmi nümayiş olunub – İlk dəfə

Bakı Gənclər Mərkəzində aktyorların iştirakı ilə “Soyuq günəş” bədii filmi nümayiş olunub – İlk dəfə

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 13 oktyabr 2021-ci iltarixində ilk dəfə olaraq, aktyorların iştirakı ilə “Soyuq günəş” bədii filmi nümayiş olunub.

Çoxsaylı istəkləri nəzərə alaraq , nümayiş olunan filmdə 100-ə yaxın gənc iştirak edib. 

Aktyorlar filmdə yaratdıqları obrazlar haqqında danışmış, sualları cavablandırmış, gənclərə dəyərli tövsiyələr vermiblər. 

Mərkəzimizin istedadlı üzvü Azadə Zellabduyevanın hədiyyə etdiyi portretlər aktyorlar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda qonaqlar səmimi görüş üçün tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, aktyorların iştirakı ilə filmlərin nümayişi davamlı olacaq.

Bakı Gənclər Mərkəzi daim onlara dəstək olan Bakı Uşaq və Gənclər Teatrının kollektivinə  və onun rəhbəri İntiqam Soltana dərin minnətdarlığını bildiriblər.

Həmçinin oxuyun

Cəmiyyətin ictimai iqtisadi sistemə uyğun etik təşkili problemi barədə həyəcan təbili

Öncə qeyd etməliyəm ki, mən kapitalizmi əxlaqi ictimai , iqtisadi formasiya hesab etmirəm. Görkəmli alman …