Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Ağdamdan qayıdan Xalq artisti: “Gedirsən bir dərd, getmirsən, başqa dərd…”

Ağdamdan qayıdan Xalq artisti: “Gedirsən bir dərd, getmirsən, başqa dərd…”

Ağdamdan səfərdən qayıdan anam bütün günü ağlayır”.
Bunu Qaynarinfo-ya açıqlamasında ata yurdu Ağdamdan səfərdən qayıdan Xalq artisti Nəzakət Teymurova deyib. O bildirib ki, qəbirləri o vəziyyətdə görən anasının gözü qurumur: “Ermənilər kənd qəbiristanlığımızı viran qoyublar, qəbirləri 3-4 yerə bölüblər. Daş nədir ki? Gör nə qədər aciz adamlardı ki, daşdan da qisas aıblar. Bacımın qəbirinin üstündə bir daş qalmayıb, üstü mərmər idi. Allah bəlalarını versin. Evimiz də yoxdu. Ağdam yenidən qurulsun, anam, bacılarım, qardaşım – hamısı orada yaşayacaq. O günü səbirsizliklə gözləyirik. Gedirsən bir dərd, getmirsən də bir başqa dərd. Anam Ağdamdan gələndən sonra gözünün yaşı qurumur. Qəbirləri elə yaralı görən anam bütün günü ağlayır. Nənəmin, dayımın qəbir daşlarını qırıq-qırıq ediblər, şükürlər olsun  ki, torpaqlar özümüzdədir”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …