Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Tanınmış həkim: “Bu ayın axırında yoluxma azalacaq”

Tanınmış həkim: “Bu ayın axırında yoluxma azalacaq”

“Azərbaycanda son günlər stabilləşməyə meyl var, sağalanların sayı günbəgün artır. Bu, yaxşı əlamətdir, klinikalarda sıxlıq olmayacaq».

Bunu tanınmış həkim Vaqif Qarayev deyib. O bildirib ki, kütləvi peyvəndləmə yoluxma sayına mütləq müsbət təsir edəcək və ayın axırında bu göstərici də azalacaq.

Mütəxəssis qonşu ölkələrdəki vəziyyətdən də söz açıb:

“Gürcüstanda da müsbət tendensiya müşahidə olunur, amma ölüm sayı ürəkaçan deyil. Hökumət qapanmaya getməyəcək, çıxış yolunu vaksinasiyada görürlər. Türkiyədə zəif də olsa, stabilləşmə var. Yaxın günlərdə öz vaksinlərindən istifadə edəcəklər. Rusiyada vəziyyət pisdir, amma vaksin baxımından problem yoxdur, özləri istehsal edirlər.

ABŞ-da kifayət qədər yoluxma var – ölüm 1-2 faiz civarındadır. Stasionarlarda müalicə alanların 97 faizi peyvəndsizdi. ABŞ prezidenti Co Bayden yeni sərəncam imzalayıb, bir sıra peşə sahibləri (dövlət qulluqçuları, tibb işçiləri və s.) məcburən vaksinasiya olunacaqlar. Xülasə, bütün dünya bu günə çıxış yolunu peyvənddə görür”.

V.Qarayev həmçinin qeyd edib ki, “Peyvənd olunmuşdum, amma ölümcül xəstələndim” kimi yalan xəbərlərə inanmaq lazım deyil:

“Peyvənd olunanlar yoluxa bilər, amma ölümcül olmayacaqlar. Bir az diqqətlə müşahidə aparsaq, görərik ki, ən çox xəstələnənlər peyvəndsizlərdir”.

sfera.az

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …