Ana səhifə / Bölgələr / Zakir Həsənov Kəlbəcərdə və Laçında olub – VİDEO

Zakir Həsənov Kəlbəcərdə və Laçında olub – VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən əsaslı təmir olunmuş hərbi hissələrə baxış keçirib.

Əvvəlcə tank bölmələrinin döyüş hazırlığının səviyyəsini yoxlayan müdafiə naziri Zakir Həsənov burada hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb. Məruzə olunub ki, hərbi hissədə şəxsi heyətin xidməti üçün bütün lazımi şərait yaradılıb.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi qeyd olunan ərazilərdə dislokasiya olunan digər hərbi hissələri ziyarət edib. Bildirilib ki, hərbi hissələr müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə silah otaqları, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqələri, ərzaq və əşya anbarları, hamam-sanitar qovşaqları istifadəyə verilib. Ərazilərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

Müdafiə naziri şəxsi heyətlə görüşərək Vətən müharibəsində qazanılan zəfərin tarixi əhəmiyyətini bir daha hərbi qulluqçuların diqqətinə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Sonda Zakir Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

Həmçinin oxuyun

Naxçıvanda sahibkarlar etiraza başlayıblar

Onlar “Cahan” Ticarət Mərkəzindəki mağazalarını bağlayıblar Mayın 2-də Naxçıvan şəhərində “Cahan” Ticarət Mərkəzinin 100-ə yaxın …