Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Tibb / Asiman Həsənov nazir müavini təyin edilir?

Asiman Həsənov nazir müavini təyin edilir?

Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovun yaxın zamanlarda Səhiyyə nazirinin müavini vəzifəsinə təyin ediləcəyi deyilir.

AzFakt.com-un əldə etdiyi məlumata görə, artıq bu barədə Səhiyyə nazirliyinin kluarlarında xəbərlər dolaşmaqdadır. 

Yerli mediada yazılanlara görə Asiman Həsənov sabiq MT naziri Eldar Mahmudova yaxın şəxslərdəndir. Doktorla sabiq nazirin münasibətləri barəsində çoxsaylı yazılar yazılsa da, məlumatı heç bir tərəf təkzib etməyib. 

Qeyd edək ki, Asiman Həsənov Azərbaycanda beynəlxalq səhiyyə sistemində baş verən elmi və texnoloji yeniliklərdən və tibb menecerliyi kimi mürəkkəb sahədən məlumatlı olan azsaylı uzmanlardan hesab edilir. 

A. Həsənov cari ilin iyun ayının 20-də Səhiyyə işçilərinin peşə bayramı münasibətilə Prezident İlham Əliyev cənablarının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Həmçinin oxuyun

Lisenziyasız işlədiyi deyilən klinika RƏSMİ QURUMLARA meydan oxudu: “Rəhbərliyimiz tədbir görəcək”

Bakıda “Medicare” klinikasının lisenziyasının dayandırılmasına baxmayaraq, fəaliyyət göstərməsi ilə bağlı məlumatlar var. Klinikadan Oxu.Az-ın sorğusuna …